Tencent

Tencent −1998-ci ildə Şençjen şəhərində qurulan bir Çin investisiya və texnologiya holdinqidir. Tencent dünyanın ən böyük investisiya və vençur şirkətlərindən biridir. Şirkət müxtəlif İnternet xidmətləri göstərmək üzrə ixtisaslaşıb. Şirkət Kayman Adalarında qeydiyyatdan keçib. "Tencent"in fəaıliyyət dairəsinə sosial media, musiqi və veb portalları, elektron ticarət, ödəmə sistemləri, mobil və onlayn oyunlar, bulud məlumat bazaları daxildir. Məsələn Çində ən çox istifadə olunan mesajlaşma xidməti olan "Tencent QQ" "və mətn və səsli mesajların göndərilməsi üçün mobil tətbiq olan WeChat "Tencent"ə məxsusdur. Həmçinin istifadəçi sayına görə dünyada Facebook və YouTubedən sonra üçüncü olan "Qzone"də "Tencent"ə məxsusdur. 2018-ci ildə şirkət 500 milyard dollarlıq kapitallaşmanı aşaraq bu göstəricini keçən ilk Asiya texnoloji şirkəti oldur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search